Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi

24 iyun 2016 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  tapşırığına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə  Azərbaycan Respublikası Prezidenti Aparatının şöbə müdiri Azər Əmiraslanovun rəhbərliyi ilə yaradılmış işçi qrupunun üzvləri 24 iyun 2016-cı il tarixdə Göygöl rayon ərazisində əkilmiş torpaq sahələrinə və təsərrüfatlara baxış keçirdikdən sonra, İcra Hakimiyyətinin akt zalında  fermerlərin, sahibkarların, təcrübəli təsərrüfatçıların, mütəxəssislərin iştirakı ilə müşavirə keçirildi.
Müşavirəni giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab  Arif Seyidov rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyini diqqətə çatdırdı və  aqrar sektordakı mövcud vəziyyət barədə geniş məlumat verdi.
Müşavirədə işçi qrupun rəhbəri cənab Azər Əmiraslanov çıxış edərək, dövlətimizin başçısının qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının gəlirli sahələrinin inkişafı sahəsində qarşıya qoyduğu vəzifələrdən, verdiyi konkret tapşırıqlardan danışaraq, ötən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi aqrar islahatların bu gün öz bəhrəsini verdiyini diqqətə çatdırdı və kənd təsərrüfatının yeni inkişaf mərhələsində olduğunu vurğuladı.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirildi, verilən təkliflər araşdırılması və icra olunması üçün nəzarətə götürüldü.

Keçidlər