Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edən hərbiçilərlə görüş keçirildi

28 aprel 2016 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edən hərbiçilərlə görüş keçirildi.
Görüşdə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini cənab  İntiqam Babayev və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov iştirak etdilər.
Görüş zamanı xidmətdə fərqlənən hərbiçilərə Nazirliyin “Fəxri Fərman”ları,  hərbi hissəyə isə idman ləvazimatları və digər avadanlıqlar təqdim olundu. Tədbir Azərbaycanın tanınmış ifaçılarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etdirildi.

Keçidlər