15 sentyabr-Bilik Günü münasibəti ilə rayonun ümumtəhsil məktəblərində və Göygöl Peşə məktəbində tədbir keçirilib
16 sentyabr 2023 | 12:46
15 sentyabr-Bilik Günü münasibəti ilə Göygöl rayonunun 50 ümumtəhsil məktəbində və Göygöl Peşə məktəbində tədbir keçirilib. Tərtib olunmuş qrafikə uyğun olaraq Rayon İcra hakimiyyəti başçısı Aparatının məsul şəxsləri keçirilən tədbirlərdə iştirak edərək, yeni tədris ilinin başlanması və 15 sentyabr-Bilik Günü münasibəti ilə müəllim kollektivlərini və şagirdləri təbrik edib, təhsilə göstərilən yüksək dövlət qayğısından və bu sahədə həyata keçirilən islahatlardan danışıblar.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Aşıqlı və Keşkü kənd tam orta məktəblərində olmuş, yeni təhsil ilində məktəblilərə və müəllim kollektivlərinə xoş arzularını çatdırıb.
Əlavə olaraq bildiririk ki, "Heydər Əliyev ili" çərçivəsində sentyabrın 15-i Bilik Günündə bütün respublikada olduğu kimi, Göygöl rayonunun ümumtəhsil məktəblərində də ilk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunub.