Göygöl rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda kütləvi tədbir keçirildi
Göygöl rayon Mədəniyyət və istirahət parkında yerləşən Yay kinoteatrında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda kütləvi tədbir keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, “Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Rövşən Əlvəndov, “Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin” sədri Emin Həsənli və Azərbaycanın hərbi diktoru, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, Göygöl rayon ictimaiyyəti və media nümayəndələri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıldı, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən bütün natiqlər Azərbaycan ordusunun torpaqlarımızın işğalçılardan azad olunması naminə göstərdikləri şücayətləri barədə geniş və ətraflı məlumat verdilər və qəhrəman Azərbaycan oğullarının ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin qələbə naminə hər bir əmrinə hazır olduqlarını bildirdilər.
Tədbir Şəmistan Əlizamanlının qəhrəmanlıq ruhda ifa etdiyi mahnıları ilə davam etdirildi.