Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi

14 aprel 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Göygöl Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə olunmuşdur.
        Müşavirədə  Rayon İcra hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, ağsaqqalların, ziyalıların nümayəndələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
        İclası giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək bildirdi ki, aprelin 9-da Nazirlər Kabinetinin iclasında ilin birinci rübünə yekun vuran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında hesabat dövründə ölkəmizin beynəlxalq aləmdə və xarici siyasət kursunda, həmçinin sosial-iqtisadi sahədə vəziyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, 2016-cı il dərin iqtisadi islahatlar ili və dövlət idarəçiliyində  şəffaflığı təmin edən yeni strukturların yaradılması ili olacaqdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son günlərdə baş verən hadisələrə münasibət bildirən dövlət başçısı bir mənalı olaraq bildirmişdir kİ, düşmənə bundan sonra daha ağır zərbələr endiriləcəkdir.
2016-ci ilin birinci rübündə Göygöl rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Göygöl Rayon İcra hakimiyyəti Başçısının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  Rauf Nəsirov geniş məruzə ilə çıxış etdi. Hesabat məruzəsində bildirildi ki, 2016-cı ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur. Göygöl-Mollacəlilli kəndarası avtomobil yoluna, Mollacəlilli kəndinin daxili yoluna çınqıl örtük tökülərək əsaslı təmir olunmuşdur. Göygöl-Topalhəsənli-Şəhriyar kəndarası avtomobil yolunun asfalt-beton örtüyündə əmələ gəlmiş çalaların bir hissəsi təmir edilmişdir. Hazırda işlər davam etdirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Göygöl rayon şöbəsi üçün inzibati binanın, müasir tipli otelin, Azərbaycan Respublikasının Göygöl rayonunda yerləşən Süni mayalanma Mərkəzinin maddi texniki bazasını möhkəmləndirmək üçün müasir tələblərə cavab verən yeni 40 başlıq Kompleksin tikintisi davam etdirilir. Tikintisi başa çatdırılmış Kənd təsərrüfatı idarəsinin inzibati binasında isə son tamamlama işləri aparılır.  
Rayonda ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə ağac əkmə kompaniyası davam etdirilmiş, meşə dolaylarında 10 000 ədəd, şəhər, qəsəbə və kəndlərdə, park və xiyabanlarda, yol kənarlarında 4 100 ədəd müxtəlif cins ağac əkilmişdir.  
Ümumilikdə Rayon üzrə 2016-cı ilin birinci rübü ərzində 576 yeni iş yerləri açılmışdır,  bunun da 513-ü daimidir.
2016-cı ilin birinci rübündə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 30 milyon 420,9 min manat, ondan 14 milyon manatı (46,0 %) istehsal sahələrini, 16 milyon 420,9 min manatı (54,0 %) xidmət sahələrini təşkil etmiş, adambaşına 488,8 manat dəyərində məhsul istehsal edilmişdir.
Kənd təsərrüfatı təyinatlı torpaqlardan, xüsusilə də pay torpaqlarından təyinatı üzrə səmərəli istifadə olunmasına, torpaqların təyinatının dəyişdirilərək qanunsuz tikililər aparılmasının və digər məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasına nəzarət gücləndirilmişdir.
2016-cı ilin birinci rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə 684,6 min manat çox olmaqla 8 milyon 291,3 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,6 %-i qeyri-dövlət sektorunun payına düşür. 
Heyvandarlıq sahəsində yüksək göstəricilərə nail olmaq məqsədi ilə heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə 50 % güzəştlə lizinq yolu ilə son 7 ildə satılmış cins mal-qaranın sayı 140  başa çatdırılmışdır. Eyni zamanda 2016-cı ilin birinci rübündə süni mayalanma yolu ilə 92 baş cins bala alınmışdır.  Rayonda iribuynuzlu mal-qaranın sayı 20429 başa, xırdabuynuzlu mal-qaranın  sayı 169791 başa  çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 194,4 ton, ət istehsalı  38,1 ton, yumurta istehsalı 9,5 min ədəd artmışdır.
Rayonda hazırda fəaliyyət göstərən 18 sənaye müəssisələri tərəfindən bütövlükdə 5 milyon 681,4 min manat dəyərində sənaye məhsulu istehsal edilmiş, Sənaye məhsulunun həcmində qeyri dövlət sektorunun xüsusi çəkisi 54,5 % olmuşdur.
Rayonda sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq  hüquqi şəxslərin sayı 524-ə çatmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən   5 sahibkara  39,0 min manat dəyərində güzəştli kredit verilmişdir.  
Əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 2016-ci ilin 3 ayı ərzində 1165 nəfər iş axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınmış, onlardan 294 nəfəri münasib iş yerləri ilə təmin olunmuş, 16 nəfərə işsiz statusu verilmişdir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin  aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər