Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi

07 mart 2016 | 16:00

“8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Göygöl rayon Mədəniyyət Mərkəzində rayon tədbiri keçirildi. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin bu müəssisələrdə çalışan qadınlar iştirak etdilər.  Tədbirdə çıxış edən natiqlər əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətinin bu gün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək bildirdilər ki, dövlət qayğısının nəticəsidir ki, qadınlarımız ölkəmizin bütün sahələrində təmsil olunurlar. Rayonun  ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup qadına fəxri fərman və xatirə hədiyyələri təqdim olundu. Tədbir Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatdı.

Keçidlər