Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Göygöl rayonuna növbəti səfəri

25 may 2009 | 15:00

25 may 2009-cu il tarixdə səfəri zamanı Dövlət başçısı əvvəlcə rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuşdur. Bundan sonra Möhtərəm Prezidentimiz yeni inşa edilmiş Göygöl mərkəzi rayon xəstəxanasının açılış mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı İlham Əliyev tibb ocağının açılışını bildirən lenti kəsərək, xəstəxana ilə yaxından tanış olmuşdur. Ölkə başçısına xəstəxananın şöbələri barədə geniş məlumat verilmiş, eyni zamanda xəstəxananın avadanlığı Yaponiya, Koreya, Almaniya Respublikası və digər ölkələrdən gətirildiyi və xəstəxanada Göygöl sakinləri ilə yanaşı, ətraf rayonlardan gələnlərə də müasir səviyyədə tibbi xidmət göstəriləcəyi bildirilmişdir. Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin və xəstəxananın nümayəndələri ilə görüşmüşdür.

Görüş zamanı Ölkə rəhbəri rayon ictimaiyyətinin nümayəndələrini və tibb işçilərini təbrik edərək bölgənin və Göygöl rayonunun inkişafı üçün bu xəstəxananın çox böyük əhəmiyyətini, insanların sağlamlığı, sosial problemlərinin həlli bir nömrəli məsələ olduğunu vurğulamışdır. Sonra Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirmişdir.
Həmin günü Ölkə rəhbəri Göygöl rayon mərkəzində mədəniyyət və istirahət parkının açılışında olmuşdur. Burada rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradıldığı, müxtəlif mərasimlərin keçirilməsi üçün 300 nəfərdən çox tamaşaçı tutan Yaşıl Teatr olduğu, gənclərin asudə vaxtlarını səmərəli keçirilməsi üçün gənclər evi, stolüstü oyunlar zalı, tir fəaliyyət göstərdiyi, parkın ərazisinin 2 hektarında yaşıllıq sahələri salınaraq müxtəlif bəzək kolu və ağac əkildiyi bildirilmişdir.
 

Keçidlər