Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni il ərəfəsində Göygöl rayonunda yeni tikililər istifadəyə verildi

26 dekabr 2015 | 16:00

Göygöl rayonu Çaylı kənd tam orta məktəbində  yeni inşa edilmiş idman zalının açılışı və əsaslı təmirdən sonra kənd Mədəniyyət evinin istifadəyə verilmə mərasimi keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayon ziyalıları, Çaylı kənd sakinləri və media işçiləri iştirak etdilər. 
Açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov çıxış edərək tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etdi və onlara xoş arzularını çatdırdı. Eyni zamanda qeyd etdi ki, “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” uğurla həyata keçirilir, əhalinin sosial problemləri öz həllini tapır. Bunun bariz nümunəsi bu gün açılışına toplaşdığımız Çaylı kənd tam orta məktəbində yeni inşa edilmiş idman zalı və əsaslı təmirdən sonra istifadəyə verilən Çaylı kənd mədəniyyət evidir. Çaylı kənd sakinləri göstərilən diqqət və qayğına görə ölkə rəhbərinə dərin ehtiram və minnətdarlıqlarını bildirdilər.

Keçidlər