Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə yeni subartezian quyusu istifadəyə verildi

08 dekabr 2015 | 16:00

Göygöl rayonunda Xaqani kəndində qazılmış subartezian quyusunun açılış mərasimi keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov,  Azərbaycan Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və media işçiləri iştirak etdilər.
Açılış mərasimində  çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov qeyd etdi ki,  2015-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Göygöl rayonunun müxtəlif yaşayış məntəqələrində 9 yeni subartezian quyusu inşa olunaraq sakinlərin istifadəsinə verilib. Son illərdə rayon ərazisində ümumilikdə 21 subartezian quyusu qazılıb, bununla da 500 hektardan çox əkin sahəsinin normal suvarılması təmin edilib. Gələn il Göygölün müxtəlif kəndlərində daha bir neçə quyunun istifadəyə verilməsi nəzərdə tutulur. Ümumilikdə rayonda 11 min hektara yaxın suvarılan torpaq sahəsi var. Əkin sahələrinin suvarılmasını təmin etmək üçün 160 subartezian quyusundan, 10 nasos stansiyasından və rayon ərazisindən keçən təbii çaylardan istifadə olunur.
Azərbaycan Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini cənab Zakir Quliyev Tədbirdə çıxış edərək ölkədə əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və aqrar sahədə əldə olunan uğurlardan geniş və ətraflı məlumat verdi.

Keçidlər