Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Göygöl rayonunda anılır

09 dekabr 2015 | 16:00

Göygöl rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda rayon mədəniyyət işçilərinin iştirakı ilə  toplantı keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra tədbirdə çıxış edən natiqlər Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan geniş və ətraflı məlumat verdilər.
Tədbirin sonunda Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş olundu.

Keçidlər