Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti ekskursiya turu təşkil olundu

18 noyabr 2015 | 16:00

“Ölkəmizi tanıyaq” devizi altında Lənkəran, Lerik, Astara, Cəlilabad, Masallı, Yardımlı, Salyan və Biləsuvar rayonlarından gəlmiş məktəb şagirdləri üçün Göygöl  rayonunda ekskursiya turu təşkil olundu. Tur çərçivəsində şagirdlər Göygöl rayon Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Tarix-diyarşünaslıq muzeyinə, Bayraq muzeyinə və Meydanına, Göygöl Milli parkına ekskursiya etdilər. Eyni zamanda şagirdlər alman yaşayış məskənləri ilə də tanış oldular. Göygöl rayonundan şagirdlər xoş təəssüratla ayrıldılar.

Keçidlər