Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya günü Göygöl rayonunda qeyd olundu

12 noyabr 2015 | 16:00

Göygöl rayon Heydər Əliyev Mərkəzində Ombudsman Gəncə Regional Mərkəzinin nümayəndələri ilə birgə “12 noyabr – Konstitusiya gunu”nə həsr olunmuş “Konstitusiyamızı öyrənirik, hüquqlarımızı bilirik” mövzusunda şəhər məktəblərinin IX-X sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi.  Tədbirdə Ombudsman Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Göygöl Rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndələri və təhsil işçiləri iştirak etdilər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova tədbirdə çıxış edərək qeyd etdi ki, Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş və həmin ilin 27 noyabr tarixində təsdiq edilmişdir. Sonrakı dövrlərdə zərurət yarandığı üçün referendum keçirilmiş konstitusiyanın bir çox maddələrində dəyişiklər edilmişdir.  Tədbirdə çıxış edən digər natiqlər isə  Konstitusiyanın maddələrinin mənasını şagirdlərə açıqladılar.

Keçidlər