Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Göygöl rayonuna səfəri

04 mart 2008 | 16:00

04 mart 2008-ci il tarixdə səfəri zamanı ölkə Rəhbəri şəhərin mərkəzində ucaldılmış Ümummilli lider Heydər Əliyevin heykəlinin açılış mərasimində iştirak etmiş, heykəlin qarşısına toplaşmış rayon ictimaiyyəti ilə görüşmüş, onlarla öz təəssüratını bölüşərək ürək sözlərini çatdırmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev mərasimdən sonra icra hakimiyyətinin binası ilə, habelə rayonun sosial-iqtisadi göstəricilərini və aparılan quruculuq işlərini əks etdirən stendlə tanış olmuşdur.
Rayona səfəri zamanı proqram çərçivəsində Möhtərəm Prezidentimiz 1965-ci ildə tikilmiş və qəza vəziyyətində olduğuna görə sökülərək, Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa edilmiş 800 şagird yerlik şəhər 1 saylı orta məktəbində olmuşdur. Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraiti yüksək qiymətləndirərək, ölkəmizdə təhsilə böyük diqqət və qayğı göstərildiyini, gələcəkdə bütün bölgələrdə belə müasir orta təhsil müəssisələrinin tikintisinin davam etdiriləcəyini bildirmişdir.
Bundan sonra ölkə rəhbəri Şərab zavoduna təşrif buyurmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev burada olarkən əvvəlcə müəssisənin sxematik planı ilə tanış olmuş, müəssisənin keçmişini və bu gününün əks etdirən fotoşəkillərə baxmışdır. Prezidentə məlumat verilmişdir ki, bu müəssisə 1860-cı ildə alman kolonistləri – Forer qardaşları tərəfindən tikilmiş, uzun müddətli fasilədən sonra 2006-cı ildə “Xanlar aqrar-sənaye” kombinatının bazasında yaradılmışdır. Dövlətimizin başçısı düyməni basaraq sexi işə salmış, məhsulun istehsalı və qablaşdırılması prosesini izləmişdir.
Həmin günü Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 16 mənzilli yaşayış binasının açılış mərasimində iştirak etmişdir. Ölkə rəhbəri mənzillərin orderlərini mənzil sahiblərinə təqdim etmişdir.
Səfərinin sonunda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev rayonun Yeni Zod kəndinə gələrək Ermənistandan didərgin düşmüş qaçqınlarla görüşmüşdür. Onların yaşayış şəraiti ilə tanış olaraq, qayğı və problemləri ilə maraqlanmışdır. Kənd sakinləri dövlətimizin başçısı cənab İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşılamışlar. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva kənd sakinləri ilə xatirə şəkli çəkdirmişlər.
 

Keçidlər