Şriftin ölçüsü :

Saytın rəngi :

13 fevral Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin Peşə Bayramı Günüdür

13 fevral 2023 | 15:03
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü və Dövlət Xidməti işçilərinin Peşə Bayramı Günü Göygöl rayonunda qeyd edilib. Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi İlkin Məmmədov, YAP Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev və Xidmət işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
Keçidlər