Göygöl rayonunda Dövlət Müstəqilliyi Günü qeyd edildi
Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında “18 Oktyabr – Müstəqillik Günü” münasibəti ilə elmi-praktik konfrans keçirildi. Konfransda Göygöl Rayon İcra Hakimiyyəti başçısı aparatı, idarə, müəssisə və təşkilatların rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. Elmi-praktik konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov “18 Oktyabr – Müstəqillik Günü” münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu qeyd etdi. Eyni zamanda cənab başçı bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımız üçün ən böyük sərvətdir. Bu gün Müstəqil Azərbaycan Respublikası beynəlxalq aləmdə suveren və demokratik dövlət kimi daha da möhkəm yerini tuta bilmiş, regionun lider dövlətinə çevrilmişdir.
Elmi-praktik konfransda çıxış edən digər natiqlər də Azərbaycanın müstəqillik tarixi barədə geniş və ətraflı məlumat verdilər.