Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Beynəlxalq Müəllimlər günü qeyd edildi

05 oktyabr 2015 | 15:00

Beynəlxalq Müəllimlər günü münasibəti ilə Göygöl rayon İcra Hakimiyyəti və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbin akt zalında tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə xanım İbrahimova təhsil işçilərini peşə bayramı günü münasibəti ilə təbrik edərək, Azərbaycan müəlliminin Respublikanın intellektual potensialının gücləndirilməsində və inkişaf etdirilməsində yüksək rolu olduğunu qeyd etdi. Eyni zamanda bildirildi ki,  əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu istiqamətdə ardıcıl kompleks tədbirlər həyata keçirilir və müəllim əməyi yüksək qiymətləndirilir.
Bütün Respublikada olduğu kimi, Göygöl rayonunun da təhsilin inkişaf etdirilməsi, yeni məktəblərin tikintisi, maddi-texniki bazasının gücləndirilməsi sahəsində məqsədyönlü işlər aparılır.
Tədbirdə çıxış edən Göygöl rayon Təhsil şöbəsinin müdiri Elbrus Atayev təhsilə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlığını bildirdi və göstərilən bu qayğının nəticəsi olaraq şagirdlərin alı məktəblərə qəbulunun ilbəil artdığını qeyd etdi.
Təhsildə göstərdikləri yüksək nəticələrə görə bir neçə təhsil işçisi Beynəlxalq Müəllimlər günü münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyəti Başçısının “Fəxri Fərmanı” ilə təltif edildilər. Tədbir rayon mədəniyyət mərkəzinin təşkil etdiyi  konsert proqramı ilə başa çatdı.

Keçidlər