Göygöl rayonunda qanvermə aksiyası keçirildi
01 oktyabr 2015 | 15:00
Göygöl Mərkəzi rayon xəstəxanasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş qrafik əsasında qanvermə aksiyası keçirildi. Qanvermə aksiyası yüksək səviyyədə təşkil olundu və rayon ictimaiyyəti bu aksiyada könüllü olaraq fəal iştirak etdilər.