Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Kənd İnvestisiya Layihəsi tərəfindən Göygöl rayonunda regional konfrans keçirildi

29 sentyabr 2015 | 15:00

Göygöl rayon Olimpiya İdman Kompleksində Azərbaycan Kənd İnvestisiya Layihəsi 2, Azərbaycan Dövləti və Dünya Bankının birgə həyata keçirdiyi Kənd Təsərrüfatı Nazirliyinin nəzdində regionların  sosial inkişafına dair köməkçi layihəsi əsasında  “Qarşılıqlı təcrübə mübadiləsi görüşləri” sessiyası keçirildi.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov, AzKİL2 direktoru Sübhan Əsgərov, digər nümayəndələr və media işçiləri iştirak etdilər. Tədbirdən əvvəl bölgələr üzrə kənd təsərrüfatı məhsullarının sərgisinə baxış keçirildi. Tədbirdə Azərbaycanının 6 zona üzrə 56 rayonunu əhatə edən icma inkişafı üzrə liderlər təcrübə mübadiləsi apardılar.

Keçidlər