Göygöl rayonunda Gəncə-Qazax iqtisadi rayonu üzrə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirildi.
Göygöl rayonunda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşəbbüsü ilə Gəncə-Qazax iqtisadi rayon üzrə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair mövzusunda işgüzar forum keçirildi. Tədbirdə Sahibkarlığa Kömək Milli Fondunun direktoru cənab Şirzad Abdullayev, Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, sahibkarlar və media nümayəndələri iştirak etdilər.
Forum çərçivəsində sahibkarlara güzəştli kreditlərdən istifadə mexanizmi izah olundu, investisiya layihələrin hazırlanmasına və təqdim olunmasına dair treninq keçirildi. Sahibkarlarla müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələrinin işgüzar münasibətlər qurması və kreditin alınması ilə bağlı məsələlər müzakirə edildi, prioritet sahələr üzrə hazırlanmış nümunəvi investisiya layihələri və güzəştli kreditlər sahibkarlara təqdim olundu.