“Sülh aylığı” çərçivəsində Göygöl rayonunda tədbir keçirildi
17 sentyabr 2015 | 15:00
Göygöl rayon Heydər Əliyev Mərkəzində Ombudsman Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Sülh hüququ əsas insan hüquqlarındandır ” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Ombudsman Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayon ictimaiyyəti iştirak etdilər.
Dəyirmi masa işgüzar şəraitdə keçdi, əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlük mədəniyyəti, xalqımızın milli-mənəvi dəyərləri geniş təbliğ olundu.