Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Əmək Yarmarkası” keçirildi

09 sentyabr 2015 | 15:00

Göygöl rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin binasında işsiz və işaxtaran vətəndaşların aktiv məşğulluğunu təmin etmək məqsədi ilə rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların köməyi ilə “Əmək Yarmarkası” keçirildi.
“Əmək Yarmarkası”nın  keçirilməsi ilə bağlı 31 müəssisədən 168 vakant iş yeri təqdim olunmuşdur. İş yerləri təqdim edən müəssisələrdən 14 dövlət, 11 qeyri dövlət, 6 fiziki şəxslər olmuşdur. Yarmarkaya dövlət müəssisələri tərəfindən 104, qeyri dövlət müəssisələri tərəfindən 43, fiziki şəxslər tərəfindən 21 boş iş yeri çıxarılmışdır. “Əmək Yarmarkası”nda 500 nəfər vətəndaş iştirak etmiş, 44 nəfər vətəndaşa münasib iş yerinə göndərişlər verilmişdir.
“Əmək Yarmarkası”nın işində Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin sektor müdiri Elçin Səlimov iştirak etdi.

Keçidlər