“Göygölün Toğanalı kəndi üçün su təchizatı sisteminin inşası” layihəsi imzalandı
14 avqust 2015 | 15:00
Göygöl Rayon İcra Hakimiyyətinin binasında Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Tsuquo Takahaşinin və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidovun iştirakı ilə “Göygölün Toğanalı kəndi üçün su təchizatı sisteminin inşası” layihəsinin imzalama mərasimi keçirildi.