Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Milli mətbuatın 140 illik yubileyi qeyd olundu

21 iyul 2015 | 15:00

Milli mətbuat günü münasibəti ilə Göygöl rayon Heydər Əliyev Mərkəzində konfrans keçirildi. Konfransı giriş sözü ilə Göygöl Rayon İcra Hakimiyyət başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova açaraq qeyd etdi  ki, Azərbaycan Milli mətbuatının 140 illik yubileyi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq bütün bölgələrdə olduğu kimi, Göygöl rayonunda da qeyd olunur. Azərbaycan mətbuatı çox zəngin və şərəfli inkişaf yolu keçmiş, xalqımızın həyatının bütün sahələrini daim öz səhifələrində əks etdirmiş, milli şüurun, mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişdir. İyulun 22 –də, 140 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri “Əkinçi” qəzetinin buraxıldığı gün - Azərbaycanda Milli mətbuat günü kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyevin imzası ilə həyətə vəsiqə alan ana dilinin dövlət statusu alması, latın qrafikalı əlifbaya keçirilməsi, senzuranın ləğvi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi barədə tarixi sənədlər yeni, demokratik jurnalistikamızın müasir inkişaf yoluna çıxardı.
Hazırda müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur.
Tədbirdə çıxış edən rayonun “Göygöl” qəzetinin baş redaktoru Bənövşə Məmmədova və qəzetin digər əməkdaşları onlara göstərilən yüksək diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sonda mətbuat sahəsində çalışan əməkdaşlar Göygöl Rayon İcra Hakimiyyətinin hədiyyələri ilə təltif olundular.

Keçidlər