Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə elmi-praktiki konfrans keçirildi
Konfransda Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, fəal gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Konfransı Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov açaraq müasir Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən danışdı və Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev konfransda geniş məruzə ilə çıxış edərək, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, idarəçilik qabiliyyəti və Azərbaycanın bu günü və gələcəyi naminə gördüyü işlər barədə ətraflı məlumat verdi.
Eyni zamanda konfransda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmə baxış keçirildi. Konfransın sonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə keçirilən müxtəlif yarışların qalibləri mükafatlandırıldı.