Göygöl Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərəcək İctimai Şuranın üzviliyinə namizədlərin qeydə alınması haqqında
Göygöl Rayon İcra Hakimiyyəti yanında məşvərətçi qurum kimi fəaliyyət göstərəcək İctimai Şuraya namizədlərin qeydə alınması həyata keçirilir. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, yerli icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara münasibətdə isə müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı öz namizədliyini irəli sürə bilər.
Qeydə alınma yeri: Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binası.
Qeydə alınma tarixi: 01.08.2023-cü il tarixdən 29.08.2023-cü il tarixədək.
Tələb olunan sənədlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- namizədin tərcümeyi-halı;
- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyün təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti (əmək kitabçası olmadığı halda namizədin əmək fəaliyyəti haqqında məlumatı təsdiqləyəcək digər sənədlər).