Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərsu” sədrinin müavini Göygöl rayonunda vətəndaşları qəbul edəcək

16 may 2022 | 10:44

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 17 may 2022-ci il tarixində Göygöl rayonunda, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 10:00-dan başlayaraq Göygöl rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Keçidlər