Şriftin ölçüsü :

Saytın rəngi :

Районные управления

Управление эксплуатации гидромелиоративных систем Гёйгёля

           Göygöl Su Meliorasiya Sistemlərin İstismarı İdarəsi 14831 ha suvarılan sahələrə xidmət edir. Bundan 12247 ha Göygöl rayonu, 2205 ha Gəncə şəhəri ərazisində olan suvarılan torpaqlardır.

          Suvarmada 5 mənbədən Gəncə çayı, Kürək çayı, Qoşqar çayı, Şəmkirçay su anbarının sağ sahil kanalı, həmçinin 302 ədəd subartezian quyularının köməyi ilə əkin sahələrinin, eləcə də fərdi təsərrüfatlarda əkin üçün nəzərdə tutulmuş torpaq sahələrinin, həmçinin sakinlərin məişət və kommunal sularını təmin edir.

           Göstərilən 15210 ha sahənin suvarılmasında balansda olan 13 ədəd nasos stansiyadan, mənbəyini çaylardan götürən 31 ədəd qapalı boru kəmərləri şəbəkəsindən, təsərrüfatlararası, təsərrüfatdaxili kanal və arxlardan istifadə olunur.

         İçməli su sahəsində ümumi uzunluğu 25 km olan magistral su borusundan və  ümumi  tutumu  6350 m3 olan su anbarlarından  istifadə  olunaraq,  Göygöl  şəhərini,  3 qəsəbəsi  və 9 kəndi  əhatə  edən, 8211 əhali abonenti olmaqla, 276 qeyri əhali sektorundan ibarət abonentlərə xidmət göstərir.

          Suvarma suyunun sahələrə itkisiz və səmərəli ötürülməsi üçün bütün irriqasiya sistemləri əsaslı və cari təmir planına uyğun olaraq İdarə tərəfindən təmin edilir.

           Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin tabeliyində olan Göygöl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu qrafiki

 

Qəbul edən şəxs

Vəzifəsi

Qəbul günləri

Qəbul saatları

Əlaqə

1

Əvəzov İsmayıl Yusif oğlu

Rəis

Həftənin I-III günləri

16:00-dan

18:00-dək

070-354-36-75

2

Məmmədov Vüsal Nazim oğlu

Baş mühəndis

Həftənin III-IV günləri

11:00-dan

13:00-dək

055-787-19-28

3

Musatafayev Dilqəm İsa oğlu

Rəis müavini

Həftənin II-V günləri

14:00-dan

16:00-dək

099-200-87-87

 

Qeyd:   Bundan başqa bildiririk ki, 2025 ci ilin bütün iş günlərində aşağıda qeyd olunan elektron poçt ünvana  müraciət və şikayətlərinizi göndərə bilərsiniz.

Elektron ünvan:   goygolsmsii@rsmx.gov.az

Daxili nömrə:        (022) 253-58-55

Переходы