Районные управления
Управление по здравоохранению животных и ветеринарным службам Гёйгёльского района
Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi müxtəlif növ heyvanların sağlamlığının təmin edilməsi,epizootik tədbirlər planına uyğun olaraq iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı heyvanların və sahibli itlərin peyvəndləmə tədbirləri aparılır. Heyvanlar və quşlar arasında xüsusi təhlükəli, zoonoz, invazion xəstəliklər baş verdikdə onların tez bir zamanda ləğv edilməsi üçün baytarlıq-sanitariya tədbirlərinin (Dezinfeksiya, dezinseksiya və deratizasiya) görülməsini təşkil edir və həmin tədbirlərin icrasında baytarlıq mütəxəssisləri təsərrüfat sahiblərinə lazımi köməklik göstərir. Rayon ərazisində heyvan xəstəliklərinin profilaktikası və ləğvi üzrə tədbirlərin yerinə yetirilməsini təmin edir, yoluxucu və epizootik xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər həyata keçirir.
Xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri özəl baytarlıq xidmətilə məşğul olan baytar mütəxəssisləri tərəfindən icra edilir.
Ünvan: Göygöl şəhəri Heydər Əliyev prospekti 142
İdarənin rəisi: Hüseynov Ələkbər Əlişir oğlu
Əlaqə nömrəsi: 099-205-59-25
Qəbul günləri, saatı: həftə içi hər gün, saat 900 – 1700
Qaynar xətt: 1652
Elektron poçt ünvanı: goygol.vet@axa.gov.az




