Şriftin ölçüsü :

Saytın rəngi :

History and Local Lore Museum

Göygöl rayon Tarix-Diyarşünaslıq Muzeyi ilk dəfə 1928-ci ildə alman əsilli tədqiqatçı Yakov Humell tərəfindən yaradılmış və həmin dövrdə indiki M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərmişdir. Muzey o illərdə zəngin eksponat fonduna malik olmuşdur. 1961-ci ildə muzeyin fəaliyyəti ləğv edilmişdir və eksponatları Azərbaycanın Bakı və Lənkəran şəhərlərinin  muzeylərinə paylanmışdır.1982-ci ildə Ulu Öndər cənab Heydər Əliyevin sərəncamı ilə muzey yenidən fəaliyyətə başlamış və Göygöl şəhərində,indiki Qələbə parkı ərazisində yerləşən binada açılmışdır. Daha sonra muzey Heydər Əliyev prospekti ünvanına köçürülmüşdür. 2004-cü ildən etibarən isə muzey Səbuhi Hacıyev küçəsi 39 ünvanında yerləşən Göygöl rayon Lüteran kilsəsi binasında fəaliyyətini davam etdirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 10 aprel 2025-ci il tarixli №3-24/3-1-F-47/2025 nömrəli əmrinə əsasən, Göygöl Tarix-Diyarşünaslıq Muzeyinin fondunda qorunan eksponatların “Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair Təlimat”ın tələblərinə uyğun şəkildə daşınması təmin edilmişdir. Bu çərçivədə muzeydə olan inventar-avadanlıqlar, eləcə də ekspozisiya və köməkçi fond materialları Göygöl rayon Mədəniyyət Mərkəzinin foyesinə yerləşdirilmişdir.
Hazırda muzeyin fondunda 832 eksponat saxlanılır. Onların arasında 32 ədəd tətbiqi incəsənət nümunəsi,77 ədəd arxeoloji qazıntı nümunəsi, 110 ədəd numizmatik eksponat, 194 ədəd foto şəkil, 419 ədəd məişət əşyası vardır. Muzeyin üç işçisi var

Muzeyin direktoru: Zeynalova Gülşah İlqar qızı

Ünvan: Hummel küç. 5

Links