Rayon İdarələri
Göygöl Regional Sınaq Laboratoriyası
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən Göygöl Regional Sınaq Laboratoriyası heyvan xəstəliklərinin diaqnostikası istiqamətində ixtisaslaşmışdır. Laboratoriya ikinci biotəhlükəsizlik səviyyəsinə uyğun olaraq təsis edilmiş və AZS ISO/IEC 17025:2020 standartının tələblərinə əsasən milli akkreditasiyadan keçmişdir.
Laboratoriya müasir maddi-texniki bazaya malik olmaqla, peşəkar kadrlar tərəfindən beynəlxalq tələblərə cavab verən etibarlı və dəqiq metodlardan istifadə etməklə müayinələrin aparılmasını təmin edir. Laboratoriyada xəstəliklərin diaqnozu seroloji (RBS, KBR, KUMBR və ELISA), parazitoloji, mikrobioloji və molekulyar-genetik üsul olan PZR müayinə metodları ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təlimatlarına uyğun həyata keçirilir.
Bununla yanaşı, heyvanların sağlamlıq vəziyyətinin klinik qiymətləndirilməsi məqsədilə qan nümunələri üzərində biokimyəvi və hematoloji analizlər aparılır. Eyni zamanda yumurta, bal və süd nümunələrinin laborator müayinələri də həyata keçirilir.
Qida təhlükəsizliyinin təmin olunması istiqamətində qida məhsulları, heyvan yemləri və toxumlarda genetik modifikasiya olunmuş orqanizmlər (GMO) üzrə sınaqlar aparılır.
Laboratoriyanın işçi heyəti peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə davamlı olaraq müxtəlif mövzular üzrə keçirilən təlimlərdə iştirak edir. Həmçinin laboratoriya heyvan xəstəlikləri sahəsində beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik test proqramlarında uğurla iştirak edərək, yüksək nəticələr əldə etmişdir.
Ünvan: Göygöl şəhəri Heydər Əliyev prospekti 142
Laboratoriya müdiri: Abbasova Nəcabət Yaqub qızı
Əlaqə nömrəsi :1003
Qəbul günü,saatı:həftə içi hər gün, saat 900-1700
Elektron poçt ünvanı: najabat.abbasova@afsa.gov.az












