Şriftin ölçüsü :

Saytın rəngi :

“Şirin Aqro” QSC-nin meyvə bağlarına baxış

23 January 2026 | 16:00

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının  Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov rayonun Qızılca kəndində yerləşən “Şirin Aqro” QSC-nin fəaliyyəti ilə tanış olublar.

220 hektar ərazidə salınmış intensiv meyvə bağına baxış keçirilən zaman cəmiyyətin rəhbəri tərəfindən məlumat verilərək bildirilmişdir ki, ərazidə 190 hektar şaftalı, 20 hektar gilas, 10 hektar ərik bağları salınmışdır. Müəssisədə həmçinin təsərrüfatda istifadə olunan plastik yeşik, illik 1,5 mln ədəd, beton dirəklər 40 min ədəd və hasar toru 72 000 kv m istehsal olunur. İlk təsis olunanda öz fəaliyyətini yerli bazarda meyvə məhsullarını əhalidən  tədarük edərək xarici bazara ixrac fəaliyyətini həyata keçirmişdir. Sonradan 2020-2021-ci illərdə fəaliyyətini inkişaf etdirmək məqsədilə müəssisə tərəfindən Göygöl, Qusar və Zəngilan rayonlarında intensiv meyvə bağları salınmışdır. İllik gücünün 8 min ton meyvə istehsalı nəzərdə tutulan bu bağda 250 nəfər mövsümü, 28 nəfərlik daimi  iş yerinin olduğu diqqətə çatdırılmışdır.

Eyni zamanda qeyd olunmuşdur ki, müəssisəyə məxsus 3 hektar torpaq sahəsinin 1,5 ha-da soyuducu anbarın tikintisinin ilkin planlaşdırılma işlərinə başlanılmışdır. Meyvələrin çeşidlənməsi, saxlanılması və qablaşdırılması bölmələrindən ibarət olacaq anbarda 35 daimi iş yerinin yaradılması planlaşdırılmışdır.

Görüşdə ölkəmizdə sahibkarlığın inkişafına və fəaliyyətinə göstərilən dəstəyə, yaradılan münbit şəraitə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq ifadə edilib.

Links