Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, Göygöl!

20 October 2025 | 09:58
Şəhid Məmmədov Maqsud Vüqar oğlu 1 yanvar 1992-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 1998-ci ildə Göygöl şəhər İ.Novruzov adına 4 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2009-cu ildə isə Bakı şəhəri, Xətai rayonu, Ş.İ.Xətai adına 48 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir.
2009-cu ilin yanvar ayından 2010-cu ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2012-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Maqsud Məmmədov 8 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 9 oktyabr 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Links