Şriftin ölçüsü :

Saytın rəngi :

Qanvermə aksiyası keçirilib

09 December 2025 | 12:52
Göygöl Rayon Mərkəzi Xəstəxanasında irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədilə qanvermə aksiyası keçirilib.
Aksiyada rayonun müxəlif idarə, müəssisə və təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
Respublika Qan Bankının “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində reallaşan aksiyaya Göygöl Rayon İcra Hakimiyyəti dəstək verib.
Hər bir donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülərək aksiyada iştirak etmələri ilə bağlı rəy verilib.
Könüllü xarakter daşıyan aksiyada toplanan qan talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.
Humanizm prinsipləri əsasında həyata keçirilən belə tədbirlər ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün mühüm əhəmiyyət daşıyır.
Aksiyanın gələcəkdə də keçirilməsi nəzərdə tutulur.
Links