Şriftin ölçüsü :

Saytın rəngi :

Mülki müdafiə üzrə hesabat iclası keçirilib

20 December 2025 | 12:00
Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən Mülki müdafiə üzrə ilin yekun hesabat iclasında Rayon Fövqəladə Hallar Komissiyasının sədri, RİHBA məsul əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, digər idarə, müəssisə və təşkilatların rəhbər-rəis heyəti iştirak edib.
İclasda 2025-ci il ərzində rayon ərazisində fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq bütün sahələrdə işləyən işçilərin və rayonun işləməyən əhalisinin Mülki müdafiəyə hazırlanması, onların ehtimal olunan fövqəladə hadisələrdən mühafizəsinin təşkili, əhalinin kollektiv mühafizəsinin təmin edilməsi, Mülki müdafiə qüvvələrinin və mütəxəssislərin hazırlanması, onların maddi texniki bazasının yaradılması, inkişaf etdirilməsi və sair sahələrdə görülmüş işlər geniş təhlil edilib. Həmçinin 2026-cı ildə Mülki müdafiə sahəsində qarşıda duran vəzifələr müzakirə olunub.
Links