Heydər Əliyev İrsinin Əbədiliyi
11 December 2025 | 17:00
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev irsi əbədi davam edəcək və müstəqil Azərbaycana daim zəfərlər bəxş edəcəkdir" mövzusunda tədbir keçirilib.
Tədbirdə Göygöl RİH-nin məsul əməkdaşları, YAP Göygöl rayon təşkilatının, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştirak edib.
Öncə iştirakçılar Ulu Öndərin büstü önünə tər çiçəklər düzüb, sonra rayon gənclərinin rəsm işlərindən ibarət “Ürəklərdə yaşayan Ulu Öndər” adlı sərgiyə baxış keçiriblər. Rayon Gənclər Evində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərin müstəsna xidmətlərini özündə ehtiva edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın taleyində əvəzsiz tarixi xilaskarlıq missiyasını həyata keçirmiş, ölkəni tənəzzüldən çıxararaq sabitliyə, inkişaf və tərəqqiyə doğru aparmışdır. Onun müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycan qısa müddətdə regionun lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə böyük nüfuz və söz sahibi olmuşdur.
Bu gün quruculuq yolu ilə sürətlə inkişaf edən, siyasi, iqtisadi və hərbi gücü ilə seçilən müasir və qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik ideyalarının bəhrəsidir. Vətən Müharibəsində qazanılan tarixi Qələbə, işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq, quruculuq işləri həm Heydər Əliyevin yaratdığı möhkəm təməlin, həm də Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyinin, diplomatik səylərinin və müstəsna xidmətlərinin məntiqi nəticəsidir.




