Göygöl rayonunda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə möhtəşəm “Zəfər” konserti keçirilib
09 November 2025 | 12:41
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İcra Hakimiyyətinin inzibati binasının qarşısında 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə keçirilən möhtəşəm “Zəfər” konsertində Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi qələbə, şəhidlərimizin əziz xatirəsi və qəhrəman qazilərimizin igidliyi bir daha ehtiramla yad edilib.
Konsert proqramında Respublikanın tanınmış sənətçilərinin və yerli mədəniyyət kollektivinin çıxışları, vətənpərvərlik mövzusunda mahnıları və musiqi kompozisiyaları təqdim olunub. Tədbir iştirakçıları Zəfər Gününün yaratdığı qürur və sevinci birgə yaşayıblar. Bayram ab-havasında keçən konsertin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunub və səma Zəfər rənglərinə bürünüb.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, Şəhid ailələri, Qazilər, Göygöl rayon ictimaiyyəti və rayona gələn qonaqlar iştirak ediblər.




