Şriftin ölçüsü :

Saytın rəngi :

Gender zorakılığı ilə bağlı tədbir keçirilib

07 December 2025 | 13:03
Göygöl Rayon Gənclər Evində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “Gender əsaslı zorakılığın qarşısının alınması”na həsr olunan görüş keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan maarifləndirici tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Görüşdə Rayon İcra Hakimiyyətinin, polis şöbəsinin, təhsil sektorunun, mədəniyyət mərkəzinin məsul əməkdaşları, peşə məktəbinin müəllimləri, ümumtəhsil məktəblərinin psixoloqları və uşaq birliyi rəhbərləri iştirak ediblər.
Çıxışlarda həyata keçirilən kampaniyanın məqsədindən söz açılıb. Zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq hallarının müasir dövrün problemlərindən biri olaraq qaldığına diqqət çəkilib. Ölkəmizin gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı öhdəliklərindən danışılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlardan söz açılıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyi diqqətə çatdırılıb. Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi həyatında gender bərabərliyinin təmin edilməsi, qadınların sosial həyatın bütün sahələrində fəal iştirakı üçün mühüm işlər gördüyü vurğulanıb.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, fəallıq kampaniyası hər il 25 noyabr - Qadınlara qarşı zorakılığın aradan qaldırılması Beynəlxalq Günü ilə başlayır və 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə başa çatır. Bu kampaniya qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırışdır. Məqsəd zorakılığın təkcə fiziki deyil, həm də psixoloji, iqtisadi və sosial formada təsirinə diqqəti yönəltmək, cəmiyyət olaraq gender zorakılığına qarşı mübarizə apararaq sağlam mühit yaratmaqdır.
Sonda gender zorakılığı ilə mübarizəyə həsr olunan videoçarx təqdim edilib.
Links