Şriftin ölçüsü :

Saytın rəngi :

Balçılı kəndində səyyar qəbul keçirilib

24 December 2025 | 12:02
Rayon İcra Hakimiyyətinin başçısı təsdiqlənmiş səyyar qəbul planına uyğun olaraq Balçılı kəndində sakinlərlə görüş təşkil edib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif xidmət sahələrinin məsul şəxsləri, həmçinin inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Qəbula gəlmiş sakinlərin qaldırdıqları məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verilib, müraciətlərin icrası isə nəzarətə götürülüb.
Sakinlər problemlərinə həssas yanaşıldığı üçün ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Links