Şriftin ölçüsü :

Saytın rəngi :

Zərif qadın, elm fədaisi, işıqlı insan

28 aprel 2026 | 12:15
        Göygöl Rayon İcra Hakimiyyətinin və Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görkəmli akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Nur saçan ömür” adlı tədbir keçirilib.
        Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini, Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru, RİH-in əməkdaşları, həkimlər və tibb işçiləri iştirak edib.
        Öncə Ulu Öndər Heydər Əliyev, akademik Zərifə xanım Əliyeva və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
        Tədbirdə çıxış edənlər görkəmli alim Zərifə xanım Əliyevanın zəngin elmi irsini, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı fundamental tədqiqatları, tibb sahəsində qazandığı nailiyyətləri və yaratdığı əsərlərin tibb elminin parlaq səhifəsini təşkil etdiyini vurğulayaraq  alimin elmi irsi bu gün də gənc tədqiqatçılar üçün nümunə və ilham mənbəyi olduğunu bildiriblər.
        Həmçinin bildirilib ki, görkəmli alim və qayğıkeş həkim Zərifə xanım, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi əsl Azərbaycan xanımının simvolu olmuş, Müzəffər Ali Baş Komandan İlham Əliyevi xalqımıza bəxş etmişdir.
        Sonda akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Keçidlər