Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfərdən doğan ümid – Qərbi Azərbaycana qayıdış

07 noyabr 2026 | 12:19

8 Noyabr – Zəfər Günü münasibətilə Göygöl Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə RİHB-nın müavini, QAİ-nin rayon nümayəndəliyinin rəhbəri və üzvləri, ETİHİ rayon komitəsinin sədri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qazilər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalqımızın sarsılmaz birliyindən və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbənin əhəmiyyətindən bəhs edilərək, qazanılan Zəfər xalqımızın milli qürurunun, dövlətimizin qüdrətinin və tarixi ədalətin təntənəsi olduğu qeyd olunub.

Eyni zamanda, qazanılan tarixi Qələbənin Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi yaddaşın qorunması və doğma torpaqlara qayıdış ideyasının yaşadılması baxımından yaratdığı mənəvi əsaslar diqqətə çatdırılıb. Şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğu, qazilərimizin və müharibə iştirakçılarının qəhrəmanlığının xalqımız üçün əbədi örnək olduğu vurğulanıb.

Sonda xatirə fotosu çəkdirilib.

Keçidlər