Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam edir

04 noyabr 2026 | 18:53
        “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin və rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr - Zəfər Günü münasibətilə Tədbirlər Planına uyğun olaraq “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” devizi ilə silsilə tədbirlər keçirilir.
        Yeni Qızılca kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan tədbirdə Azərbaycanın şanlı Zəfər tarixinin əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində xalqımızın birliyi və həmrəyliyindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən bəhs edilib. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
        Şəhər 4 nömrəli körpələr evi - uşaq bağçasında Zəfər Gününə həsr olunmuş tədbirdə körpələrin ifasında mahnılar səsləndirilib, rəqslər və səhnəciklər təqdim olunub.
Keçidlər