Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Gününə həsr olunmuş dəyirmi masa

05 noyabr 2026 | 10:58
        Göygöl Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Gənclər Evinin birgə təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Qalib dövlət, qalib lider, qalib xalq” mövzusunda dəyirmi masa  keçirilib. Tədbirdə RİH-nin, YAP rayon təşkilatının məsul əməkdaşlar, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, QHT nümayəndələri və partiya fəalları iştirak ediblər.
        Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, 8 Noyabr - Zəfər Gününə həsr olunmuş videoçarx təqdim olunub olunub.
        Çıxışlarda Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan tarixindəki mühüm əhəmiyyətindən bəhs olunub. Bu Qələbənin xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və ordumuzun qəhrəmanlığının təntənəsi olduğu vurğulanıb. Şəhidlərimizin əziz xatirəsinin daim yad edildiyi, qazilərimizin fədakarlığının unudulmayacağı və Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasının hər kəsin mənəvi borcu olduğu qeyd edilib.
        Həmçinin Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin mövzu ilə bağlı hazırladığı sərgisinə baxış keçirilib və xatirə fotosu çəkdirilib.
Keçidlər