Zəfər Gününə həsr olunmuş bilik yarışı keçirilib
30 oktyabr 2026 | 15:26
Göygöl Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Gənclər və İdman sektorunun və Təhsil sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qalib gənclik” adlı bilik yarışı keçirilib.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik və həmrəylikdən, Azərbaycan Ordusunun qəhrəmanlığından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, Zəfər tariximizin gələcək nəsillərə çatdırılması, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması və qazilərimizin qəhrəmanlığının təbliği hər birimizin mənəvi borcudur.
On bir komandanın maraqlı mübarizəsi ilə keçən bilik yarışında şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi 1-ci yerə, Üçtəpə kənd tam orta ümumtəhsil məktəbi 2-ci yerə, Texniki-təbiət fənləri təmayüllü liseyin komandası 3-cü yerə layiq olub. Qalib komandalar və iştirakçılar mükafatlandırılaraq xatirə şəkilləri çəkdirilib.












