Şriftin ölçüsü :

Saytın rəngi :

Zaur Əliyev Göygöl RMX-da vətəndaşları qəbul edib

14 noyabr 2025 | 19:40
Tədbirdən əvvəl İTSDA-nin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev tərəfindən Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun da iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Keçidlər