Şriftin ölçüsü :

Saytın rəngi :

“Yol hərəkəti qaydalarına əməl olunmasının vacibliyi”

14 mart 2026 | 11:02

       Rayon İcra Hakimiyyətinin və Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Göygöl şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbində “Yol hərəkəti qaydalarına əməl olunmasının vacibliyi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə RİH-ni, RPŞ-nin Dövlət Yol Polis Bölməsinin, Təhsil sektorunun əməkdaşları, müəllimlər və şagirdlər iştirak edilər.

       Çıxış edənlər yol hərəkətinin təhlükəsiz təşkilinin Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini bildirərək yol nişanları, yolda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat veriblər. Məktəblilərlə diskussiya aparılıb, şagirdlərin yol nişanlarının mənası barədə sualları cavablandırılıb. Sonra məktəblilər mövzu ilə bağlı müxtəlif səhnəciklərlə çıxış ediblər, rəsm sərgisi təqdim olunub, yol hərəkəti qaydalarına əməl etməyin həyati vacibliyini əks etdirən videoçarx təqdim olunub.

Keçidlər