Yeni təyin olunmuş regional mərkəz rəisi ilə görüş
03 noyabr 2026 | 13:13
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Ramin Orucov Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov yeni təyin olunmuş regional mərkəzin rəisini qəbul edərək onu bu münasibətlə təbrik edib, gələcək xidməti fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, polkovnik-leytenant Ramin Orucov bu təyinatadək FHN-in Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.












