Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni salınmış intensiv meyvə bağı ilə tanışlıq

21 avqust 2026 | 12:38

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Nadil kəndi ərazisində fermer Elmar Abbasova məxsus 66 hektar sahədə salınmış və müasir damcı suvarma sistemləri ilə təchiz edilmiş intensiv meyvə bağı, həmçinin meyvə tingçiliyi təsərrüfatı ilə tanış olub.

Məlumat verilib ki, yeni salınmış intensiv meyvə bağında Qardetta, Osirus, Kontessa, Qartaryo sortlu şaftalı və Zodiak sortlu nektarin ağacları əkilib. Təsərrüfatda müasir aqrotexniki qaydalara uyğun becərmə işləri həyata keçirilir ki, bu da gələcəkdə yüksək və keyfiyyətli məhsul istehsalına şərait yaradır.

Qeyd olunub ki, təsərrüfatın nəzdində fəaliyyət göstərən tingçilik sahəsində alma, heyva, şaftalı, gilas tingləri yetişdirilir və istehsal olunan tinglər həm rayon daxilində, həm də digər bölgələrdə meyvəçilik təsərrüfatlarının inkişafına töhfə verir. Həmçinin təsərrüfatda 12 nəfər daimi işlə təmin olunub və mövsümi işlər zamanı əlavə işçi qüvvəsi də cəlb edilir.

Fermer E.Abbasov ölkədə kənd təsərrüfatının inkişafına göstərilən hərtərəfli dövlət dəstəyinə görə Möhtərəm Prezident cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edərək, aqrar sahəyə göstərilən diqqət və qayğı fermerlərin fəaliyyətinin genişlənməsinə, müasir texnologiyaların tətbiqinə və məhsuldarlığın artırılmasına geniş imkanlar yaratdığını bildirib.

Keçidlər