Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası keçirilib
06 noyabr 2025 | 17:54
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının təşkilatçılığı ilə şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyası rayon ərazisində magistral yolun kənarında təşkil olunub. Təbiətin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı 100-dən çox həmişəyaşıl şam ağacları əkilib və əkilən ağaclara aqrotexniki qulluq olunub.
Ağacəkmə aksiyasında YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, şəhid ailələri, müharibə iştirakçıları, partiya fəalları, eləcə də müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.












