Xocalı soyqırımı
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin və YAP yerli Təşkilatının birgə təşkilatçılığı ilə “Xocalı - qan yaddaşımız” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH-nin məsul əməkdaşları, YAP rayon Təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən, Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi, dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin dövlət başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən geniş söhbət açılıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Tarixi Zəfərlə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin separatçılardan tamamilə təmizlənməsi, dövlət başçısının Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltması soyqırımı qurbanlarının eləcə də bütün şəhidlərimizin qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi, xalqımızı bütün dünyada qalib xalq kimi tanıtdı.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı videoçarx təqdim olunub.












