“Xalq qəzeti”nin bölgə müxbiri ilə görüş keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “Xalq qəzeti”nin Gəncəbasar bölgə müxbiri, Əməkdar jurnalist Hamlet Qasımovla görüşüb.
Görüş zamanı rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, regionun inkişaf perspektivləri və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Rayon rəhbəri ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində bölgədə həyata keçirilən infrastruktur layihələri, sosial proqramlar və digər mühüm təşəbbüslər haqqında məlumat verib.
Söhbət zamanı kütləvi informasiya vasitələrinin cəmiyyətin məlumatlandırılmasında və görülən işlərin ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığı vurğulanıb. Hamlet müəllim də öz növbəsində rayonun sosial-iqtisadi inkişafı, həyata keçirilən layihələr və yerli əhalinin həyatında baş verən müsbət dəyişikliklərin mətbuatda işıqlandırılmasının əhəmiyyəti qeyd edilib.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.












